25 dekabr 2011-ci il tarixində
Lənkəran şəhəri "Qala Hotel”-in Konfrans zalında Cənub RFF-nın 5 illik
fəaliyyəti ilə bağlı konfrans keçirildi. Konfransda Cənub regionunu təmsil edən
9 rayonun (Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı,
Salyan, Neftçala) futbol mütəxəssisləri, futbol veteranları, rayon futbol
federasiyaları sədrləri, futbol hakimləri, futbol məşqçiləri və KİV-nin
nümayəndələri dəvət olunmuşdular. Bunlarla yanaşı konfransda AFFA-nın İcrayə
Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İB-nın prezidenti İsgəndər
Cavadov, AFFA-nın Uşaq və Yeniyetmələrlə Yarışların təşkilidepartamentinin sədri Elçin Məmmədov və beynəlxalq
dərəcəli hakim Rüstəm Rəhimov da iştirak
etdilər. İlk öncə konfrans iştirakçılarına federasiyanın 5 illik fəaliyyətini
əks etdirən geniş məzmunlu video çarx nümayiş etdirildi. Konfransın gündəliyində
duran məsələlərdən biri də nizamnamənin
bəzi bəndlərində dəyişikliklər edilməsi haqqında idi ki, bu da qəbul edildi.
Cənub RFF-nin prezidentinin
seçilməsi məsələsi də səsə qoyuldu və Sakin Məmməd oğlu Məmmədzadənin
namizədliyi irəli sürülərək səsə qoyuldu və yekdilliklə qəbul edildi. Konfrans
iştirakçıları və qonaqlar çıxış edərək federasiyanın fəaliyyətini müsbət
qiymətləndirdilər və bəzi problemlərin həlli yolları da müzakirə edildi.
İsgəndər Cavadov, Elçin Məmmədov, Rüstəm Rəhimov və başqa nümayəndələr də çıxış
edərək Sakin Məmmədzadəni yenidən prezident seçilməsi münasibəti ilə təbrik
etdilər. Konfransın sonunda 2011-ci ilin ən yaxşıları nominasiyası üzrə
seçilənlər mükafatlandırıldılar. Daha bir əlamətdar hadisə də konfransın
keçirildiyi günə təsadüf etdi ki, bu da tanınmış furbol mütəxəssisi Namik
Qarayevin 60 illik yubileyi idi. Yubilyara Cənub RFF-sı və "Xəzər-Lənkəran”
FK-nın rəsmisi Höccət Hacıyev tərəfindən qiymətli hədiyyələr verildi.