Cənub Regional
Futbol Federasiyası

Cənub Regional Futbol Federasiyası
Site menu

Statistics

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Cənub RFF-nin
PREZİDENTİ

MƏMMƏDZADƏ SAKIN MƏMMƏD OĞLU.

10.06.1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur.
1977-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirmişdir.
1980-82-ci illərdə ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir.
1983-87–ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Fiziki Tərbiyə və Gənclərin Çağirışaqədərki Hazırlığı” ixtisasını bitirmişdir.
Uşaq yaşlarından idmana böyük həvəs göstərmiş və 1983-cü ildə boks idman növü üzrə SSRİ İdman Ustası normasıni ödəmiş, 2000-ci ildə bu idman növü üzrə Beynəlxalq dərəcəli hakim adina layiq görülmüşdür.
1992-95-ci ildən "Xəzər” İdman Klubunun Prezidenti kimi Azərbaycanın İlk Milli Futbol Çempionatının Güclülər Dəstəsində "Xəzər” Futbol Komandasına, eyni vaxda 1-ci dəstədə klubu təmsil edən, gənc futbolçulardan ibarət "Çeşmə” Futbol Komandalarına rəhbərlik etmişdir. Onun rəhbərliyi altında "Xəzər” Futbol Komandası 1994-cü ildə Azərbaycan Kubokunun finalçısı olmuşdur. "Çeşmə” Komandası isə 1993-cü ildə bürünc mükafatı qazanmışdır.
1993-95-ci illərdə yaradılmiş Cənub Regional Futbol Federasiyasında ictimai əsaslarla fəaliyyət göstərmişdir.
Sakin Məmmədzadə 1995-cü ildən Lənkəran Dövlət Universitetində "Fiziki Tərbiyə və Gənclərin Çağirışaqədərki Hazırlığı” kafedrasını yaratmış və 1999-cu ilədək kafedraya rəhbərlik etmişdir.
LDU-da tələbə futbolçulardan ibarət "LDU-Xəzər” Həvəskar Futbol Komandasını yaradaraq, hələ o dövrdə Azərbaycanın Milli Futbol Çempionatında iştirak edən ilk Universitet komandasını formalaşdirmışdır.
2005-ci ildən Lənkəran Dövlət Universitetinin dosentidir. Onlarla elmi məqalələrin və metodik vəsaitlərin müəllifidir.
Ailəlidir, 4 övlad atasıdır.

 

 

 
Cənub-RFF-nin
İnformasiya və İctimaiyyatla Əlaqələr Şöbəsinin müdiri
İSMAYILOV CEYHUN ƏFLATUN OĞLU

27.08.1976-cı ildə Lənkəran şəhərində anadan olmuşdur.
1991-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir.
1991-1994-cü illərdə Lənkəran 113 saylı TP məktəbini bitirmişdir
1995-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin "İnformatika” ixtisasını bitirmişdir.
2000-2001-ci illərdə MTN S.Q.B.İ.-nin ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir.
2001-2004-cü illərdə LDU-da mühəndis-proqramçı vəzifəsində çalışmışdır.
2004-2006-cı illərdə AVCİYA Lənkəran Regional Nümayəndəliyinin sədri olmuşdur, onlarla qlobal layihələrin cənub regionunda təşkilatçısı və rəhbəri olmuşdur.2006-cı ildən Federasiyada çalışır.
Ailəlidir, 3 övlad atasıdır.






Cənub RFF-nin hakim
və hakim inspektorlar
komitəsinin sədri
AXUNDOV  AĞABALA  MİRZƏ OĞLU

1956-ci ilin dekabırın 3-də Lənkəranın Boladı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoği Universitetinin Tarix fakültəsinin bitirmişdir. Hal-hazırda Lənkəran rayonunun Boladı kənd orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətini davam etdirir.
A.Axundov uzun müddət SSRİ birinciliklərinin müxtəlif liqalarında və Azərbaycan Çempionatlarında 100 artıq oyunu hakim kimi idarə etmişdir.
Hazırda AFFA-nın təşkil etdiyi oyunlarda hakim-inspektor kimi təyinat alır. Bununla yanaşı Cənub bölgəsində gənc hakimlərin hazırlanması məqsədilə seminarlara rəhbərlik edir. 
Ailəlidir, 4 övladı var








 

Tərəfdaşlarımız

Login form

Search

Calendar
«  İyul 2025  »
ba.erç.açərpercümşənbaz
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Entries archive

Site friends
  • Create your own site

  • Lənkəran şəh., General Fikrət Məmmədov küç., 10 
    Mob: 050/055-334-82-22; Tel\Fax: 0171-5-11-32; e-poçt: crff-lankaran@mail.ru